Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 23200 hərbçi, 1008 tank, 190 qırıcı...

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 008 tankı, 2 445 zirehli döyüş maşını, 436 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 77 havadan müdafiə sistemi, 190 hərbi təyyarəsi, 155 helikopteri, 1 701 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 232 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 32 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 23 200 canlı qüvvəsini itirdiyini bəyan edib.