Əfsanəvi tennisçi həbs olundu

Keçmiş tennis ulduzu Boris Bekker 2,5 milyon funt sterlinq dəyərində əmlak və kreditləri gizlətdiyinə görə 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az BBC-yə istinadən bildirir ki, alman tennisçi borcunu ödəməmək üçün belə bir fırıldağa əl atıb.
B.Bekker qanunvericiliyin 4 maddəsi üzrə təqsirli bilinib.
Boris Bekker 80-90-cı illərində tennis əfsanəsi idi. O, altı dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub. Bekker uzun müddət ki, dünyanın bir nömrəsi sayılıb.