Türkiyə Suriyada qaçqınlar üçün 100 min ev TİKƏCƏK

 16:07 30.04.2022     665

"Dünyanın güclü ölkələrindən biri Suriya və İraqda bütün imperiya məqsədlərindən istifadə etdi. Avropadan bir-iki ölkə ilə birlikdə onlara texnika ilə dolu yük maşınları göndərdilər. Bəs onları kimə verdilər? Onları bu bölgələrdəki terror təşkilatlarına veriblər".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından qayıdarkən yerli jurnalistlərə müsahibəsində deyib.

O, qeyd edib ki, bu terror təşkilatları Türkiyəni ciddi şəkildə narahat etməkdədir.

“Biz bunlara göz yummayacağıq. Hazırda bizimlə həmrəy olan və danışıqları müsbət istiqamətdə inkişaf edən İraq administrasiyası var. Bu administrasiya ilə birlikdə bölgədə sülh üçün müsbət addımları atmağa davam edəcəyik. Suriyada isə vəziyyət bir qədər fərqlidir. Biz Suriya xalqı ilə həmrəyik. Orada onlarla birgə addımlar atacağıq”, - Prezident Ərdoğan bildirib.

O vurğulayıb ki, Türkiyə Suriyanın şimalında inşa etdiyi briket evlərlə xalqın könlündə ciddi mənada özünə yer qazanıb: “Hədəfimiz ilk mərhələdə, inşallah, burada 100 min briket ev tikməkdir. Hazırda 60 min civarında evi tikib bitirmişik”.