Ukrayna kəşfiyyatı Rusiyanın hərbi sirlərini AÇIQLADI

 20:46 30.04.2022     793

Ukrayna kəşfiyyatı Rusiyanın Belarus ərazisində hərbi təyyarələr və "İsgəndər" raketləri yerləşdirdiyini müəyyən edib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.

"Belarusun Brest vilayətindəki aerodromda, Ukrayna ilə dövlət sərhədindən 130 kilometr məsafədə Rusiya taktiki aviasiyasının 6 təyyarəsi var. Həmçinin Moqilyov vilayətində, Ukrayna ilə sərhəddən 170 kilometr məsafədə "İsgəndər" taktiki raket kompleksi yerləşdirilib", - deyə Motuzyanik qeyd edib.