Ruslar Ukraynada "Qırmızı Xaç"ın ofisini DAĞITDILAR

Ukraynanın Donetsk vilayətinin Dobropolye şəhərinə hava zərbəsi nəticəsində Qırmızı Xaçın ofisi zədələnib.
Redaktor.az xəbər verir ki, bombardman zamanı 6 yaşayış binasına da ciddi ziyan dəyib.
Qırmızı Xaçın Tvitter səhifəsində yaydığı məlumatda göstərilir ki, fevralın 24-dən təşkilatın Ukraynadakı 8 ofisinə zərər dəyib.