Yıldız Tilbe maşınla motosikletçini VURDU

Türkiyəli müğənni Yıldız Tilbe qəza törədib.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı idarə etdiyi avtomobillə motosiklet sürücüsünü vurub. Qəza günorta saatlarında İstanbulun Maltepe İdealtepe məhəlləsində qeydə alınıb.
Tilbe Bağdat prospektinə dönmək istəyərkən Kadıköy istiqamətində hərəkət edən motosikletlə toqquşub. Hadisənin ardından müğənni yaralıya yardım etməyə çalışıb. Əraziyə polis və təcili tibbi yardım yardım cəlb olunub. Yaralı xəstəxanaya, Tilbe isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.