RusIarın iki "Su-25"i VURULDU

 23:40 30.04.2022     655

Donbasda Ukrayna ordusu Rusiyanın 9 hücumunu dəf edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı məlumat yayıb.

Son sutkada ukraynalı müdafiəçilər rusların 8 tank, bir artilleriya sistemi, 24 zirehli texnika, bir xüsusi döyüş maşını və 2 tankerini məhv edib.

Bundan başqa, Rusiyanın 2 ədəd Su-25 qırıcısı və 4 ədəd "Orlan-10" pilotsuz uçuş aparatı vurulub.