"Putinin uğursuzluğunu təmin etməyə hər zamankından daha çox sadiqəm" - Boris Conson

 00:18 01.05.2022     734

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirələr aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya lideri özünün feysbuk hesabında məlumat verib.

"Böyük Britaniyanın ukraynalılara özlərini müdafiə etmək üçün lazım olan texnikanı vermək, hərbi və humanitar yardım göstərməyə necə davam edəcəyini müəyyənləşdirmək üçün əvvəl prezident Zelenski ilə danışdım.

Mən Ukraynanın gücləndirilməsinə və Putinin uğursuzluğunu təmin etməyə hər zamankından daha çox sadiqəm", - deyə Boris Conson vurğulayıb.

T.İSMAYIL