Rusların Ukraynaya atdığı raketlərin dəyəri açıqlandı

 09:58 01.05.2022     213

Rusiya ordusu Ukraynadakı müharibə dövründə bu ölkəyə 1300 raket atıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, bu qədər raketin dəyəri ümumilikdə 7.5 milyard dollardan çox olub.

Qeyd olunur ki, Rusiya Ukraynaya 235 ədəd “Kalibr” raketi atıb. Digər növ raketlərin sayını dəqiq bəlli olmasa da, onların 62 faizinin “İskəndər”, 30 faizinin X tipli, səkkiz faizinin isə “Toçka-U” raketləri olduğu bildirilir.