Ancelina Coli Lvovda rusların hücumuna məruz qaldı - VİDEO

 10:39 01.05.2022     458

Xəbər verdiyimiz kimi, məşhur Hollivud aktrisası Ancelina Coli Lvovda səfərdədir.

Redaktor.az UNİAN-a istinadən bildirir ki, hava sireninin səsindən sona o, izdihamla birlikdə sığınmaq üçün qaçmağa məcbur olub.

Onun qatar stansiyasına səfəri zamanı raket zərbəsi təhlükəsi olduğu üçün şəhərdə siren səslənməyə başlayıb. Könüllülər dərhal Coliyə daha təhlükəsiz yerə getməyi təklif ediblər. Beləliklə, o, xeyli insanla birlikdə bomba sığınacağına qaçıb.

Həmin görüntüləri təqdim edirik: