Ukrayna dəniz limanlarını bağlayır

 11:45 01.05.2022     429

Ukraynanın İnfrastruktur Nazirliyi Rusiya hərbçilərinin hərəkətlərinə görə bir sıra dəniz limanlarını bağlamaq qərarına gəlib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.

Qeyd edilir ki, Xerson, Skadovsk, Mariupol və Berdyansk limanları bağlanıb.

Hökumət əlavə edib ki, limanlar yenidən Ukrayna tərəfinin nəzarəti altında olduqdan sonra fəaliyyətini bərpa edəcək.