Venesuela ilə Kolumbiya arasında sərhəd QARŞIDIRMASI

 12:30 01.05.2022     375

Venesuela Xarici İşlər Nazirliyi Kolumbiya hakimiyyətinin dövlət sərhədinin pozulması ilə bağlı ittihamlarını rədd edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik müvafiq yoxlamalardan sonra bu qənaətə gəlib.

Bundan əvvəl Kolumbiyanın Xarici İşlər Nazirliyi Norte de Santander departamentinin ərazisinə helikopterlə enən Venesuela ordusunun hərbi qulluqçularının dövlət sərhədini pozmasını pisləyib.

Qeyd olunur ki, Venesuela hərbçiləri Zulia ştatının sərhəd bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatı keçirib.
Bu bölgədə Kolumbiya və Venesuela arasındakı sərhəd şimal-qərb And dağlarından keçir - çətin relyefə görə hər iki ölkənin hakimiyyət orqanları tərəfindən zəif nəzarət olunur və bu, beynəlxalq narkotik ticarəti qruplarını cəlb edir.