Rusiya Baş Qərargah rəisi ağır yaralandı -YENİLƏNİB

Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib.
Qeyd edilir ki, 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati üçün təhlükə yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.
“Vertical” teleqram kanalının məlumatına görə, baş qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır, onların təchizatı dayandırılıb.
***
Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.
“Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, - deyə nazir müavini bildirib.
Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.