Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 16:17 01.05.2022     400

Ukraynada Rusiyanın müharibəyə başlamasından bəri 219 uşaq ölüb, 404 azyaşlı yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

"2022-ci il mayın 1-i səhər saatlarına olan məlumata görə, zərərçəkmiş uşaqların rəsmi sayı dəyişməyib - 219 nəfəri. Xəsarət alanların sayı artıb - 404 nəfər", - məlumatda deyilir.

Uşaqların ən çox xəsarət aldığı yerlər bunlardır: Donetsk vilayətində - 139, Kiyevdə - 115, Xarkovda - 95, Çerniqovda - 68, Xersonda - 44, Nikolayevdə - 43, Luqanskda - 37, Zaporojyedə - 27, Sumıda - 17, Kiyevdə - 16, Jitomda - 15.

Qeyd olunub ki, 29-30 aprel tarixlərində Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk rayonunun Dobropillia, Drobışevo və Volnovaxski rayonunun Vremovka yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 uşaq yaralanıb.