Yardımlıda 52 yaşlı qadın itkin düşüb

 17:23 01.05.2022     901

Yardımlıda 52 yaşlı qadın itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə Kürəkçi kəndində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Fərəcova Bəsirə Fazil qızı aprelin 29-da sübh vaxtı, saat 4-5 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həmin gündən etibarən kənd ərazisində axtarışlar nəticə vermədiyindən ailə üzvləri bu barədə polis şöbəsini məlumatlandırıb.

Onu görənlərdən və ya B.Fərəcova barəsində məlumatı olanlardan “055-638-26-00” telefon nömrəsinə xəbər vermələri xahiş olunur.