Danimarkadan hava məkanını pozduğuna görə Rusiyaya XƏBƏRDARLIQ

 17:50 01.05.2022     382

Danimarka hava məkanını pozduğuna görə Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Jeppe Kofoda bildirib.

"Rusiya səfiri sabah Xarici İşlər Nazirliyinə çağırılır. Rusiya tərəfindən Danimarka hava məkanının növbəti dəfə pozulması tamamilə qəbuledilməzdir və indiki vəziyyətdə xüsusi narahatlığa səbəb olur", - XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, aprelin 30-da Rusiyanın "An-30" müşahidə və aerofotoqrafik təyyarəsi Danimarkanın Baltikyanı adalarından olan Bornholmdan şərqdə hava məkanını pozub.