"Azovstal" zavodundan təxliyə başladı

Ukraynanın hal-hazırda mühasirədə olan Mariupol şəhərindəki “Azovstal” müəssisəsinə sığınan mülki əhalinin təxliyəsi başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O qeyd edib ki, 100 nəfərdən ibarət ilk qrup artıq nəzarət edilən əraziyə yola düşüb.
"Onları sabah Zaporojyedə qarşılayacağıq. Komandamız BMT nümayəndələri ilə birgə zavodda qalan mülki şəxslərin təxliyəsi üçün işləyirlər", - deyə Zelenski bildirib.