Rusiyada təyyarə qəzasında ölən var

 19:36 01.05.2022     350

Rusiyanın Krasnoyarsk diyarında "Cessna 182" yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində keşişlər olub.

Bildirilib ki, təyyarə Mana çayına düşüb. Orada "Məsihin Dirilməsi" Pravoslav Kilsəsinin kahinləri olub. Mixail adlı sərnişin yerindəcə dünyasını dəyişib. Pilot Yuri Getman çoxsaylı sınıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı məlumatı İstintaq Komitəsi təsdiqləyib.