Türkiyə və Ermənistan arasında sərhəd xətti yenidən müəyyən ediləcək

 19:51 01.05.2022     1083

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası turnesindən sonra bildirib.

“Sərhəd xəttinin yenidən müəyyən edilməs ilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, - nazir əlavə edib.