Britaniya mətbuatında şok iddia - "Kadırovçular" yaralı rus əsgərlərini öldürürlər

 20:17 01.05.2022     1119

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırovun əsgərləri ilə bağlı yeni iddia səsləndirilib.

Redaktor.az xəbər verir ki, iBöyük Britaniyada çıxan “Daily Beast” qəzetininə danışan şahidlər, bir qrup çeçen əsgərin Buçanın şimal-qərbindəki səhra xəstəxanasında rus əsgərlərini edam etdiyini iddia edib.

Rusiya müharibəsində də “təbliğat vasitəsi” kimi istifadə edilən çeçen əsgərlərin Yablonska küçəsində yerləşən şüşə zavodunda yoldaşlarını öldürərək “işgəncə otağı” qurduqları iddia edilib.

Qonşu İrpin şəhərinin şəhər şurasının üzvü, eyni zamanda Ukrayna Ərazi Müdafiə Qüvvələrinin komandirinin müavini vəzifəsində çalışmış Artem Hurin Putin qoşunlarının ötən ay Ukraynadan çıxarılmasından sonra Buçanın şimal-qərbindəki Borodyankaya ilk səfər edənlərdən biri olub.

O, bildirib ki, “kadırovçular” ağır yaralı rus əsgərlərini oradakı böyük bir xəstəxanaya gətirirlər:

“Burada çox ağır yaralananları güllələyirlər. Bunu Kadırovun qoşunlarından başqa heç kim etmir”.

Xəbərə görə, Hurin həmçinin Kadırovun əsgərlərinin qəsəbə sakinlərini edam etdiyini də iddia edib.