Çavuşoğlu ermənilərə göstərdiyi "Bozqurd" işarəsindən danışdı - VİDEO

 21:43 01.05.2022     467

Türkiyənin xarici işlər naziri Uruqvayda onun səfərinə etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməsindən danışıb.

Redaktor.az xəbər verir ki, nazir Uruqvayla hər hansı problemlərinin olmadığını deyib.

“Bizimlə əlaqələri canlandırmaq istəyirlər. Bu çərçivədə səfərimiz oldu. Səfər proqramına əsasən, bir abidəyə çələng qoymalı idik. Uruqvay rəsmiləri hər hansı bir aksiya ehtimalına qarşı bu planı təxirə salmağımızı xahiş etdilər. Biz də təxirə saldıq.

Binamızın açılışı əsnasında binanın önünə o qrupun yaxınlaşmasına imkan verməyəcəkləri ilə bağlı səfirimizə söz verdilər. Söz verdikləri halda, o qrupun oraya yaxınlaşması səhv idi.

Etirazçılar çirkin hərəkətlər nümayiş etdirdilər. Qəbuledilməz çirkin davranışlarından sonra biz də lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay rəsmilərinə, nə Uruqvay xalqına, nə də aksiyaçılara təhqirdir. Buna görə bizi günahlandırmaları yersizdir. Gələcəyə baxmalı olduğumuzu dedik”, - deyə Çavuşoğlu bildirib.