Zelenski Mariupoldakı təxliyədən danışdı: "İlk dəfə iki günlük real atəşkəs oldu"

"Bu gün nəhayət ki, "Azovstal"dan insanların evakuasiyasına başlamağı bacardıq. Neçə həftəlik danışıqlardan sonra, çoxlu cəhdlərdən, müxtəlif görüşlərdən, çağırışlardan və təkliflərdən sonra. Bir gün qalmadı ki, xalqımızı xilas etmək üçün çarə tapmağa çalışmayaq".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, bu gün müharibənin bütün günlərində ilk dəfə olaraq bu həyati əhəmiyyətli dəhliz işə salındı.
"İlk dəfə iki günlük real atəşkəs oldu.
"Azovstal"dan yüzdən çox mülki şəxsi - qadın, uşaqları döyüşdən xilas edən qadınları çıxarmağı bacardıq. Prosesin bütün mürəkkəbliyini nəzərə alaraq, ilk təxliyə olunanlar sabah səhər Zaporojyeyə gələcəklər. Komandamız onları orada qarşılayacaq. Ümid edirəm ki, sabah da Mariupoldan insanların çıxarılmasını davam etdirmək üçün bütün lazımi şərtlər yerinə yetiriləcək. Səhər səkkizdə başlamağı planlaşdırırıq", - deyə Zelenski bildirib.
T.İSMAYIL