Aksiyaçılar İrəvanın mərkəzində çadır QURDULAR

İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Fransa meydanında çadır qurublar.
Redaktor.az xəbər verir ki, bu, barədə "RİA-Novosti" məlumat yayıb.
Məlumata görə, meydana bitişik küçələr zibil qabqları və skamyalarla bağlanıb. Etirazçılar nəqliyyatın hərəkətini iflic etməyi planlaşdırır.
Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkədə etiraz aksiyaları keçirir.