Lavrovdan Putinin səhhəti ilə bağlı suala qəribə CAVAB: "Onunla təmasda olanlardan soruşun"

 09:20 02.05.2022     820

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı Qərb mətbuatında dərc edilən xəbərlərə münasibət bildirib.

Redaktor.az "RİA Novosti”yə istinadla xəbər verir ki, İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində rusiyalı nazirə Qərbdə “Rusiya prezidenti Vladimir Putinin səhhətinin vəziyyəti ilə bağlı çoxlu fərziyyələrin” mövcudluğu ilə bağlı sual verilib.

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, nə barədə danışdığımı başa düşəcəksiniz”, - deyə Lavrov suala cavabında bildirib.