Mirzoyan ABŞ-a gedir

 11:09 02.05.2022     1253

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə məlumat yayıb.

A.Mirzoyan Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün mayın 2-dən 6-dək ABŞ-da olacaq.

Məlumata görə, xarici işlər nazirinin Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən