İrəvanda həbslər başladı

 11:35 02.05.2022     826

Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyalarının 125 iştirakçısını saxlayıb.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən məlumat verilib.

Etirazlar və həbslər indi də davam etdiyindən bu rəqəmin arta biləcəyi istisna deyil.

Qeyd edək ki, bu gün səhər İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Aprelin 25-dən müxalifət etiraz aksiyaları keçirir.

Vumart və Güvən reklamı Vumart Güvən