Rusiyanın Ukraynadakı dəhşətli itkiləri - RƏQƏMLƏR

Rusiya ordusunun fevralın 24-dən bu günədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 23 800 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, Rusiyanın 1048 ədəd tankı, 2519 ədəd zirehli döyüş maşını, 459 ədəd artilleriya sistemi, 152 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 824 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 271 ədəd dronu, 38 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
