Finlandiya NATO-ya üzvlüklə bağlı qərar verəcək

 13:59 02.05.2022     370

Mayın 12-də Finlandiya NATO-ya üzvlüklə bağlı qərar qəbul edəcək.

Redaktor.az xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin Baş naziri Saana Marinin də Finlandiyanın NATO-ya üzvlüyə tərəfdar olduğu bildirilir. Parlament hərbi alyansa üzvlüklə bağlı ərizə verməli olduğunu açıqlayacaq.

Xatırladaq ki, daha əvvəl NATO-ya üzvlüklə bağlı qərarın mayın 14-ü qəbul ediləcəyi bildirilirdi.