Finlandiya Rusiya ilə imzaladığı müqavilədən imtina etdi

 14:30 02.05.2022     88

Finlandiyanın “Fennovoima” şirkəti "Rosatom" şirkəti ilə imzaladığı “Hanhikivi-1” atom elektrik stansiyasının tikintisi ilə bağlı müqavilədən imtina edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə fin şirkətinin bəyanatında bildirilir.

Qeyd olunub ki, bununla bağlı qərar qəbul heç də asan qəbul edilməyib.

“Belə böyük layihədə əhəmiyyətli mürəkkəbliklər var və qərarlar yalnız diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilir. Biz baş verə biləcək mənfi təsirləri tam bilirik və onların yumşaldılmasına çalışırıq”, - deyə açıqlamada bildirilir.