"Lavrovun mənfur ifadələri yəhudi xalqına qarşı təhqirdir" - Dmitri Kuleba

 15:24 02.05.2022     631

"Xarici işlər naziri Lavrov rus elitasında kök salmış antisemitizmi gizlədə bilmədi. Onun mənfur ifadələri prezident Zelenskiyə, Ukraynaya, İsrailə və yəhudi xalqına qarşı təhqirdir. Daha geniş mənada isə onlar nümayiş etdirirlər ki, bugünkü Rusiya başqa xalqlara qarşı nifrətlə doludur".

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib.

"Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”, - deyə Lavrov bildirib.