İsrailin Baş nazirindən Rusiyaya sərt REAKSİYA: "Dərhal son qoyulmalıdır"

 16:15 02.05.2022     3043

İsrailin Baş naziri Naftali Bennet Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına sərt reaksiya verib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir ofisinin Tviter hesabında məlumat verilib.

"Bu cür yalanların məqsədi yəhudilərin özlərini onlara qarşı törədilmiş tarixin ən dəhşətli cinayətlərində ittiham etmək və bununla da İsrailin düşmənlərini məsuliyyətdən azad etməkdir.
Artıq dediyim kimi, bizim dövrümüzdə heç bir müharibə Holokost kimi deyil və ya Holokostla müqayisə oluna bilməz. Yəhudi xalqının Holokostundan siyasi alət kimi istifadəyə dərhal son qoyulmalıdır”, - Bennet vurğulayıb.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. "Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”, - deyə Lavrov bildirib.