Macarıstanın baş naziri “Ukraynanın düşmənləri” siyahısına salındı - FOTO

 17:46 02.05.2022     158

Macarıstanın Baş naziri Viktor Orban “Mirotvorets”(“Peacemaker”) saytının məlumat bazasında “Ukraynanın düşmənləri”ndən biri kimi qeyd olunub.

Redaktor.az xəbər verir ki, siyasətçinin bu siyahıya salınmasına səbəb isə Kiyevə hərbi yardımın Macarıstandan keçməsinə icazə verməməsidir. Bazanın yaradıcıları Orbanı “anti-Ukrayna təbliğatçısı” və “Rusiya cinayətlərinin ortağı” adlandırıblar.

Qeyd edək ki, Xorvatiya Prezidenti Zoran Milanoviç də Moskva ilə hərbi münaqişə və ya müharibə əməliyyatları olacağı təqdirdə Kiyevə dəstək üçün Xorvatiya qoşunlarını göndərməkdən imtina etdikdən sonra bu qəbildən siyahıya əlavə edilib (oxu.az).