İrəvanda kütləvi mitinq - Paşinyanın istefası tələb olunur

Ermənistanın müxalifət qüvvələrin formalaşdırdığı Müqavimət hərəkatı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqə başlayıb.
Redaktor.az xəbər verir ki, mitinq İrəvanın Fransa meydanında keçirilir.
"Bizim yalnız bir gündəliyimiz var - Nikol Paşinyanın istefası. Bundan sonra hər şey avtomatik qaydaya düşəcək", - deyə müxalifət liderlərindən biri, "Hayastan" blokunun deputatı Vahe Akopyan bildirib.
Bu gün səhər müxalif qüvvələr İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar, lakin bir neçə saat sonra polis 240-dan çox insanı saxlayıb, nəqliyyatın hərəkətini tam bərpa edib.