Türk ordusundan möhtəşəm ƏMƏLİYYAT

Türkiyə ordusu “Pençe Kilit” antiterror əməliyyatı çərçivəsində indiyədək 61 terrorçunu zərərsizləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O qeyd edib ki, terrorçulara məxsus 82 mağara və sığınacaq dağıdılıb, 413 əldəqayırma partlayıcı məhv edilib.
"Bu mübarizədə yeganə hədəfimiz terrorçulardır. Bizim terrorçulardan başqa hədəfimiz yoxdur. Fəaliyyətimiz çərçivəsində dostumuz, qonşumuz və qardaşımız İraqın sərhədlərinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə son dərəcə hörmətlə yanaşırıq”, - deyə Akar bildirib.