Rusiya Odessanı yenə raketlə VURDU

 21:36 02.05.2022     546

Ukraynanın cənub-qərbində, Qara dəniz sahilində yerləşən Odessaya raket zərbəsi endirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko özünün "Telegram" kanalında məlumat yayıb.

O, zərbələr nəticəsində ölən və yaralanların olduğunu bildirib. Əlavə məlumat verilməyib.

Ukraynanın "Suspilne" kanalı cənub hərbi komandanlığına istinadən bildirib ki, zərbə dini binaya ziyan vurub.

Vumart və Güvən reklamı Vumart Güvən