Ukraynada minaya düşərək ayaqlarını itirən tibb bacısı evləndi - VİDEO

 22:19 02.05.2022     400

Ukraynadakı müharibədə minaya düşərək ayaqlarını itirən 23 yaşlı tibb bacısı sevgilisi ilə ailə həyatı qurub.

Redaktor.az xəbər verir ki, gənclərin evləndikdən sonra ilk rəqsinin görüntülərini UNİAN yayımlayıb.

23 yaşlı Oksana möcüzə nəticəsində sağ qalıb. O, hazırda Lvovda reabilitasiyadan keçir. Lakin gənc qadın xoşbəxtliyini təxirə salmamaq qərarına gəlib və həyatını palatada Viktorla birləşdirib.