Ruslar "Azovstal"ı yenidən bombalamağa başladı - FOTO

"Mariupolun "Azovstal" ərazisindən dinc əhali qismən təxliyə edildikdən sonra düşmən tərəfindən zavodun ərazisinə, o cümlədən mülki əhalinin təhlükədən gizləndiyi tikililərə hava zərbələri endirilir, dəniz artilleriyasından və tanklardan istifadə etməklə atəş açılır".
Redaktor.az xəbər verir ki, bu barədə "Azov" alayının bir qədər öncə yaydığı açıqlamada deyilir.
Həmçinin bildirilib ki, rusların “Azovstal”a hücumu nəticəsində “Azov” alayının döyüşçüləri 5 Rusiya hərbçisini məhv edib.
"Mübarizə davam edir!", - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, əldə olunmuş razılaşmaya əsasən dünən və bu gün ukraynalı mülki şəxslərin bir qisminin "Azovstal" metallurgiya zavodunun ərazisindən təxliyə edilməsinə başlanılmışdı.
T.İSMAYIL
