Rus ordusu Donetsk və Luqanskda İTKİ VERDİ - 6 tank, 5 PUA...

 23:14 02.05.2022     424

Mayın 2-də gün Ukrayna Birləşmiş Qüvvələrinin əsgərləri Donetsk və Luqansk istiqamətində Rusiyanın 12 hücumunu uğurla dəf ediblər. Nəticədə rus işğalçıları itki veriblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, ukraynalı müdafiəçilər Rusiya ordusunun 6 tank, 5 artilleriya sistemini, 22 ədəd zirehli döyüş texnikasını və 8 hərbi maşınını məhv ediblər.

Ukraynanın havadan müdafiə bölmələri Donbass səmasında 5 "Orlan-10" pilotsuz uçuş təyyarəsini vurub.

T.İSMAYIL