Bayden Ukraynaya səfər etmək istəyir

 23:56 02.05.2022     322

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etmək istəyir. Lakin ABŞ spikeri Nensi Pelosinin gözlənilməz səfərinə baxmayaraq, Prezidentin Ukraynaya səfəri ilə bağlı hələlik konkret planlar yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə “Sky News”a ləlumat yayıb..

Qeyd olunur ki, Pelosi müharibə başlayandan bəri Ukraynaya səfər edən ABŞ-ın yüksək səviyyəli rəsmisidir.

Ağ Evin sözçüsü Cen Psaki “Ukraynaya növbəti səfər edən Prezident ola bilərmi?” sualına cavab olaraq Baydenin belə bir arzusu olsa da, "hələlik heç bir planda olmadığını" deyib.