ABŞ Ukraynaya daha 5 min ədəd “Javelin” raketi verəcək

 09:17 03.05.2022     693

ABŞ-dan daha 5 000 tank əleyhinə “Javelin” raketi mayın 6-da, cümə gününə qədər Ukraynaya çatdırılacaq.

Bu barədə Redaktor.az Pentaqonun sözçüsü Con Kirbinin brifinq zamanı açıqlamasına istinadən xəbər verir.

Kirbi qeyd edib ki, “Javelin” raketləri Rusiya təcavüzünə qarşı mübarizədə hərbi yardım çərçivəsində Ukraynaya veriləcək.