Bu ölkə pandemiya məhdudiyyətlərini ləğv etdi

 09:33 03.05.2022     430

Bu gündən Serbiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən ölkəyə giriş məhdudiyyətlərini aradan qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki  gecə yarısından etibarən, əcnəbilər kimi Serbiya vətəndaşlarından da haradan gəldiklərindən asılı olmayaraq, ölkəyə daxil olarkən mənfi PCR testi, sürətli antigen testi, yoluxmanın keçdiyinin təsdiqlənməsi və ya peyvənd sertifikatı tələb olunmur.

Qeyd edilib ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar ölkədəki “mövcud epidemioloji vəziyyətə əsasən” qəbul edilib.