Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 09:48 03.05.2022     2287

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 220 uşaq ölüb, 406 uşaq güllə və qəlpə yarası alıb.

Redaktor.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 628-a çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.