İrəvandakı mitinqdə Koçaryanın oğlu saxlanıldı - YENİLƏNİB - VİDEO

İrəvanda polis çərşənbə axşamı müxalifətin mitinqləri zamanı 200-dən çox adamı saxlayıb.
Redaktor.az xəbər verir ki, 206 nəfər İrəvanın polis şöbələrinə aparılıb.
Saxlanılanlar arasında ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da olub.
***
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən müxalifət tərəfdarları hökumət binasına gəlib çatıblar.
Redaktor.az RİA Novostiyə istinadən xəbər verir ki, polis əməkdaşları hökumət binasını dövrələyib.
İrəvanın mərkəzində etiraz aksiyalarında saxlanılanların sayı 117-yə çatıb.
“Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan yerli vaxtla 19:00-da “Fransa” meydanında mitinq keçiriləcəyini bəyan edib.
***
İrəvanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında təxminən 70 nəfər saxlanılıb.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.