Ukrayna ordusu Ramazanı qeyd etdi

 13:10 03.05.2022     81

Ukrayna müsəlmanları dünən bayram namazını qılmaq üçün Kiyevdəki İslam Mədəniyyəti Mərkəzinə toplaşıblar.

Redaktor.az xəbər verir ki, yüzlərlə müsəlman bayram səhəri təkbir söyləyərək birlikdə namaz qılmaq üçün növbəyə durub.

Ukraynalı müsəlman əsgərlərin iştirak etdiyi bayram namazından sonra Ukrayna və bütün müsəlman dünyası üçün dualar edilib. Namazın çıxışında mədəniyyət mərkəzinin əməkdaşları tərəfindən yeməklər də paylanıb.

Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin binasının qarşısında salavat zikr edilərək, İslam dünyasının Ramazan bayramı qeyd olunub. Ukrayna ordusunun sosial şəbəkədə paylaşdığı video böyük rəğbətlə qarşılanıb.  Paylaşılan videoda Quran, məscid, namaz qılan gənc və Krım türklərinin bayrağı diqqət çəkib. Təqdir toplayan videonun sonunda bir əsgər türkcə və ukraynaca “Ramazan bayramınız mübarək”, - deyib.