"Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür"

“Rusiya Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür”.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilir ki, həmin ərazilərin ilhaqı və sonradan iqtisadi inteqrasiya planının hazırlanması planlaşdırılır.
“Bunun üçün 2030-cu ilə qədər müddət ayırılıb. Üzərlərində “Rusiya”, “Donbas Respublikası”, “Mariupol”, “hərbi-mülki administrasiya” sözləri yazılmış möhürlər hazırlanır”, - məlumatda bildirilib.