Rusiyada daha bir anbarda güclü yanğın - VİDEO

 14:34 03.05.2022     105

Rusiyanın daha bir şəhərində anbarda yanğın baş verib. 

Redaktor.az xəbər verir ki, bu dəfə hadisə Krasnoyarskda qeydə alınıb. Belə ki, şəhərin plastik tullantılar anbarı yanır. 

Hadisə şahidlərinin sözlərinə görə, qara tüstü bir neçə kilometr aralıdan görünür.

Rusiya FHN-in məlumatına görə, yanğın artıq lokallaşdırılıb.

Zərərçəkənin olmadığı vurğulanıb.