Rusiya ordusu Mariupolda Azovstal zavoduna hücuma başladı

 16:28 03.05.2022     99

Rusiya ordusu Ukraynanın Mariupol şəhərindəki Azovstal zavoduna hücuma başlayıb. 

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, “Azov” alayının komandirinin müavini Sviatoslav Palamar bu barədə yerli mətbuata danışıb.

“Bütün gecə boyu başımıza bomba yağdırıblar, nəticədə iki nəfər mülki qadın ölüb, indi də Azovstal zavoduna hücuma başlayıblar. Hazırda zavoda soxulmağa çalışırlar”.

Qeyd edək ki, Azovstal zavodunda sığınacaqlarda qalmış mülki sakinlərin təxliyəsinə mayın 1-dən başlanılıb. Şəhər meri Vadim Boyçenko bildirib ki, 100-dən artıq mülki şəxsi çıxarda biliblər.