Rusiyada yanğında 3 nəfər ÖLDÜ

 19:19 03.05.2022     276

Rusiyanın Moskva vilayətində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Mıtişi şəhərində qeydə alınıb.

Hazırda yanğının davam etdiyi binadan yanğınsöndürənlər ikisi uşaq olmaqla 8 nəfəri xilas edə biliblər.

Binanın bir sakini yanğından xilas olmağa çalışaraq dördüncü mərtəbədən özünü atıb. O, təcili yardım maşınında ölüb. Digər iki nəfər isə liftdə ölüb.

Ümumilikdə, yanğın zamanı 3 nəfər dəm qazından ölüb, daha 16 nəfər zəhərlənib.

Hadisənin təfərrüatı açıqlanmır.

Zərərçəkənlərə tibbi yardım göstərilib.