Dnestryanıda PUA ilə hücum

 19:33 03.05.2022     87

Moldovanın separatçıların nəzarəti altında olan Dnestryanı ərazisində partlayıcılar quraşdırılan pilotsuz uçuş aparatı ilə planlaşdırılan hücumun qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TSV telekanalı məlumat yayıb.

PUA Mayak kəndindəki "Pridnestrovian" radio-televiziya mərkəzinin ərazisinə doğru uçan zaman ələ keçirilib. Telekanalın məlumatına görə, PUA iki kiloqram plastid və yandırıcı qarışığı olan beş litrlik konteyner daşıyırmış.

Separatçıların Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.