Ruslar Ukraynada kimya zavodunu atəşə tutdular - Ölənlər var

 19:58 03.05.2022     284

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Avdeyevka koks-kimya zavodunu atəşə tutub.

Redaktor.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində 10 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.

Ölü sayının artacağı istisna edilmir.

Kirilenko əlavə edib, hadisə zavodun işçiləri evə gedərkən avtobus gözləyəndə baş verib.